Daha iki xarici şirkət Azərbaycandan çıxır

Azərbaycanda fəaliyyət göstərən daha 2 xarici şirkətin filialları bağlanıb.
Vergilər Nazirliyindən fins.az-a verilən xəbərə görə, həmin şirkətlər bunlardır: “EX LIBRIS  POLSKA” MMC və “VADEM ENGINEERING  GMBH”.
“EX LIBRIS  POLSKA” MMC-nin borcluları və kreditorları 2 ay müddətində öz tələblərini irəli sürə bilərlər. Bunun üçün onlar Yasamal rayonu, İnşaaatçılar prospekti, ev 3 ünvanına müraciət etməlidirlər.
“VADEM ENGINEERING  GMBH” şirkətinin Azərbaycandakı filialının kreditorları isə öz tələblərini Yasamal rayonu, Yeni Yasamal 1, ev 10, mənzil 168 ünvanına bildirə bilərlər.