Dollar ancaq xaricə gedənlərə satılır

Dolların qiyməti artdıqca valyuta satan bankların sayı azalır. Fins.az-ın araşdırmasına görə, bu gün cəmi 5 bank dollar satır.
“Bank Silk Vey” isə ancaq hava limanındakı filialında valyuta satışını həyata keçirir. Burada isə dolların alış məz ənnəsi digər filiallardan ucuzdur. Hava limanında 1 dolları 1.7160 manata satmaq olar. Digər filiallarda isə bu məzənnə 1.7240 manatdır. Hava limanında dolların satış məzənnəsi isə digərləri ilə eynidir- 1.7935 manat.