Dollar yenə bahalaşdı [Rəsmi]

Çərşənbə axşamı Mərkəzi Bankın valyuta hərracında manat dollara nisbətdə 0,4% ucuzlaşıb.
Turan-ın məlumatına görə, hərrac 1 USD/1.6954 AZN məzənnəsi ilə başlayıb və 1 dollar 1.7024 manat məzənnə ilə başa çatıb.
Oktyabrın ortalarından başlayaraq, dolların manata nisbətdə məzənnəsi durmadan artır. Ekspertlərin proqnozlarına görə, ilin sonuna qədər dolların məzənnəsi 1,80-1,85 manata çatacaq.