Donald Trump Mitt Romney ilə görüşüb

ABŞ-ın növbəri prezidenti seçilmiş Donald Trump bu gün ən sərt respublikaçı tənqidçilərindən biri olan Mitt Romney ilə görüşüb. Romney-nin adı Trump administrasiyanın potensial dövlət katibliyi üçün hallanır.
Trump və Romney arasında münasibətlər gərgin olsa da, keçid komandasının vitse-rəhbəri və yenicə baş prokurorluğa namizəd göstərilmiş Jeff Sessions Trump-ı öz administrasiyasında Mitt Romney-yə vəzifə verməyi nəzərdən keçirməyə çağırıb.
2012-ci ildə respublikaçıların prezidentliyə namizədi olmuş Romney Barack Obama-ya məğlub olmuşdu. Trump-ın sabiq prezidentliyə namizədlə bugünkü görüşü isə çoxları tərəfindən onunla ənənəvi Respublikaçı liderlər arasında barışıq istiqamətində addım kimi qiymətləndirilir.

romney trump pence

Ötən mart ayında çıxışı zamanı Romney Trump-ı sərt tənqid edərək onu “cığal” və “saxta” adlandırmışdı. Trump isə ona cavabında Romney-nin ona “it kimi yalvardığını” bildirmiş və onu “luzer”, “məğlub” adlandırmışdı.
Tərəflar arasında münasibətdə buzlar Mitt təbrik etmək üçün Donald Trump-a zəng edəndən sonra əriməyə başlayıb.
Trump dövlət katibliyi üçün bir neçə şəxsi nəzərdən keçirir. Onlar arasında sabiq Nyu-York meri Rudy Giuliani, ABŞ-ın BMT-dəki sabiq səfiri John Bolton, senator Bob Corker və Cənubi Karolina qubernatoru Nikki Haley də var.
Bu sırada ilkin olaraq Nümayəndələr Palatasının sabiq spikeri Newt Gingrich-in də adı hallansa da, iki gün öncə o, kənar məsləhətçi qismində çıxış etmək qərarına gəlib.