Dövlət Statistika Komitəsinin hiyləgər rəqəmləri

Dövlətstatkom bildirir ki, ilin 9 ayında mal və xidmət istehlakçıları 23,9 mlrd manat xərcləyib. Bu, mütləq rəqəmlərlə ötən ilin eyni dövründəkindən  2,1% çoxdur. Amma əslində dekabr devalvasiyası nəzərə alınanda (38%) əhalinin ödəniş qabiliyyəti azalıb.
Pərakəndə dövriyyənin 49,8%-i ərzaq, içki və tütün məmulatına (+3%), 17,5% paltar və ayaqqabıya, 6,6% elektrik malları və mebelə, 5,7% avtomobil yanacağına, 1,4% əczaçılıq mallarına, 0,8% kompüterlərə, İKT və çap məhsullarına, 17,9% digər mallara xərclənib.
Ekspertlər bu metodologiyanı düzgün saymır. Çünki iki dəfə devalvasiya nəticəsində inflyasiya güclənib və aztəminatlılar ərzağa daha çox vəsait xərcləyir. Orta təbəqə isə “artıq” əmlak və “lazımsız” biznesini satır.
Dövlətstatkom eləcə də ümumi göstəriciləri yazır, sosial təbəqələr üzrə dərəcələrə bölmə aparmır.