Dunya Miyatoviç Azərbaycanın baş prokurorunun təkliflərini pisləyib

ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç diffamasiya haqqında qanunvericilikdə islahatlar aparmaq üçün Azərbaycan hakimiyyətinə yenidən çağırış edib.
Belə ki, noyabrın 15-də Azərbaycanın baş prokuroru Cinayət Məcəlləsinə düzəlişləri parlamentə təqdim edib. Düzəlişlər İnternetdə prezidentin şərəf və ləqayətinin təhqir olunmasına görə məsuliyyət nəzərdə tutur.
“Büzəlişlər qəbul olunarsa bu, ölkədə söz və KİV azadlığının vəziyyətinə dair yeni mənfi siqnal olacaq. Mən hakimiyyəti  bir daha  Azərbaycanda diffamasiyanın dekriminallaşdırılması barədə çoxdankı vədini yerinə yetirməyə çağırıram”, – D.Miyatoviç vurğulayıb.

 

MƏNBƏcontact.az
Əvvəlki məqaləTürkiyə hərbçiləri Almaniyadan “siyasi sığınacaq istəyiblər”
Növbəti məqalədə“Daşkəsən Filizsaflaşdırma” özəlləşdirməyə çıxarılıb