Elçin Sadıqovun qardaşı polisə çağrılıb

Elçin Sadıqov
“Dünən Göygöl rayonunda qeydiyyatda olduğum evə polisdən bir nəfər gəlib. Mənim barəmdə ətraflı anket məlumatları toplamağa çalışıb”.
Bu sözləri vəkil Elçin Sadıqov deyib.
Onun sözlərinə görə, polis hətta övladlarının hansı bağçalara getdiyi ilə də maraqlanıb: “Qardaşım da deyib ki, bunu mənimlə məsləhətləşmədən sonra deyə bilər”.
Vəkil qeyd edib ki, üstəlik, qardaşı Elvin Sadıqovdan noyabrın 3-də Göygöl rayon Polis Şöbəsinə gəlməsi istənilib: “Bunu mənə qardaşım Elvin Sadıqov bildirib. Bu gün qardaşımı polisə çağırıblar. Daha sonra polisin özü ilə də danışdım. Deyir, bizə sorğu gəlib, onun üçün ətraflı anket məlumatları lazımdır”.
Xatırladaq ki, noyabrın 2-də vəkil Elçin Sadıqov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) tərəfindən hədələndiyini açıqlamışdı. Ardınca internet mediası üzərindən vəkillə bağlı şantaj məzmunlu xəbər, şəxsi ailə fotoları yayılmışdı.
E.Sadıqov tədbir görülməsindən ötrü daxili işlər nazirinə, baş prokurora və Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edib.
Vəkilin açıqlamalarına, hələlik, nə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən, nə də Göygöl rayon Polis Şöbəsindən münasibət öyrənmək mümkün olub.