“Elektrik enerjisinin qalxması metro xərclərinə təsir edəcək” – [Rəsmi açıqlama]

“Hələ ki, Tarif Şurasına müraciət etməmişik. Amma elektrik enerjisinin qalxması metro xərclərinə təsir edəcək. Ümumiyyətlə, metroda sərnişin daşınma xərci onların ödədiyi gediş haqqından bahadır. Uzun illərdir ki, bu belədir”.
Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev “Bakı Post”a məlumat verib.
Onun sözlərinə görə, qiymət artımını xərclərin çoxalmasına səbəb olacaq. Mətbuat xidmətinin rəhbəri bildirib ki, hələ Tarif Şurasına müraciət edilməyib. Amma qeyd edib ki, elektrik enerjisinin qalxması metro xərclərinə təsir edəcək.
“Ümumiyyətlə, metroda sərnişin daşınma xərci onların ödədiyi gediş haqqından bahadır. Uzun illərdir ki, bu belədir. Amma hökumətin sosial yönümlü siyasətinin nəticəsi olaraq, hər il metronun xərclərinin ödənilməsi üçün dövlət büdcəsindən metroya dotasiya ayrılır”.
Nəsimi Paşayev deyib ki, hazırda da o zərərin ödənilməsi üçün metropoliten dotasiya alır: “Hələ ki, bu səbəbdən problem yoxdur. Tarif Şurasına da bununla bağlı müraciət etməmişik. Gələcəkdə Tarif Şurasının nə qərar qəbul edəcəyini isə deyə bilmərik”.