Fidel Castro basdırılmayacaq

“Fidelin cəsədi öz istəyi ilə yandırılacaq”. Bunu dövlət televiziyasında çıxışında Kuba rəhbəri Raul Castro açıqlayıb.
Dövlət televiziyasından xalqa xitab edən Kuba rəhbəri Raul Castro, Kuba inqilabının lideri Fidel Castronun cəsədinin öz istəyi ilə yandırılacağını bildirib. İnqilabın məhşur “hər zaman zəfər doğru” şüarı ilə nitqini yekunlaşdıran R.Castro, Kubada milli matəm elan olunduğunu da qeyd edib.
Kuba inqilabının lideri Fidel Castro, 1959-cu ildə Batista rejimini devirərək hakimiyyətə gəlmiş və 50 il Kubaya rəhbərlik etmişdir. 2008-ci ildən ölkəni qardaşı Raul Castro idarə edir.
Qeyd edək ki, Fidel Castro bu gün 90 yaşında vəfat edib.