Fidel Castro vəfat edib

Kuba inqilabının lideri Fidel Castro 90 yaşında vəfat edib. Bu barədə qardaşı Raul Castro açıqlama verib. 
Fidel Castro kimi bilinən Fidel Alejandro Castro Ruz 1926-cı ildə Kubanın Mayari şəhərində anadan olub. 1956-cı ildə Kubada Batista rejiminə qarşı başlatdığı hərəkat qələbə ilə yekunlaşır və 1959-cu ildə hakimiyyəti ələ alır. Uzun illər Kubaya başçılıq edən Castro, səhhətində yaranmış problemlərə görə 2008-ci ildə hakimiyyətdən uzaqlaşaraq vəzifəsini qardaşı Raul Castroya ötürüb. Son bir neçə ildə o, memuarlar yazıb, müxtəlif çıxışlar edib.