FİFA dünya kubokunun dizayneri vəfat edib

FİFA-nın Dünya Kubokunun dizaynını hazırlayan heykəltəraş Silvio Gazzaniga 95 yaşında dünyasını dəyişib.
Bu barədə Abzas.net “Eurosport”a istinadən xəbər verir. Dünya kuboku 1974-cü ildən futbol üzrə dünya çempionu olan komandaya verilir. 5 aprel 1971 ildə hazırlanan kubok müsabiqə ilə qəbul edilib və indiyə qədər də eyni dizaynda qalıb.
Kubokun üstündə əvvəlki və yeni qaliblərin adları qızıl hərflərlə həkk olunur. Bütün ölkələrin bayraqları dizaynda öz əksini tapıb. Gazzaniga eyni zamanda 1972-ci ildə UEFA Kubokunu və 1973-cü ildə Süper Kuboku da hazırlayan insandır.