FTB Hillary Clinton-un günahsız olduğunu açıqlayıb

Federal Təhqiqatlar Bürosu ABŞ-da prezident seçkilərinə 2 gün qalmış seçkilərin taleyinə ciddi təsir edəcək açıqlama yayıb. Qurumun rəhbəri James Comey Hillary Clinton-un dövlət katibi işlədiyi dövrdə istifadə etdiyi elektron poçtla bağlı araşdırmanın nəticələri haqda danışıb. 
Bu barədə Nyu-York Tayms qəzeti məlumat verib. FBI rəhbəri Konqresə göndərdiyi məktubda qeyd edilib ki, araşdırma zamanı, xarici işlər nazirliyi zamanı Hillari Klintona gələn və ondan gedən məktubların hamısı gözdən keçirilib:
“FBI Hillary Clinton-a məxsus e-poçtlarda hər hansı bir cinayət halına rast gəlmədik”.
Qərar prezident seçkilərinə iki gün qalmış, seçki yarışına və bazarlara ciddi təsir göstərib. Rəqibi Donald Trump isə dəstəkçilərinə Clinton-u icraatından qoruyan bu “saxta sistemi” aşmaları üçün çağırış edib.
Federal Təhqiqatlar Bürosunun (FBI) direktoru James Comey 28 oktyabrda Konqresə göndərdiyi məktubda Clinton-un dövlət katibi olduğu dövrdə xüsusi e-poçt serveri istifadə etdiyi ilə bağlı araşdırmanı yenidən başlatdıqlarını bildirmişdi.
Comey-nin ilk məktubu Klintondan geri qalan Trump-ın kampaniyasına yeni bir hava gətirmişdi. Bu məktubun ardından yarış başa-baş hala gəlib.
Qeyd edək ki, ABŞ-da preziden seçkiləri 8 noyabrda keçiriləcək.