Gəncədə iki fəal həbs olunub

Gəncədə iki gənc fəala 30 sutka həbs verilib. Nidaçı fəal Elmir Təhmin və müstəqil fəal Tapdıq Məmmədov Gəncə şəhərində Heydər Əliyev parkına etiraz şüarları yazıblar.
Fəallar noyabrın 5-də gecə saatlarında həbs ediliblər. Onlar Kəpəz rayon polis şöbəsində nəzarətxanada saxlanılırlar.
Bu barədə saytımıza fəalların yaxınları məlumat verib. Onuların sözlərinə görə, gənclər 30 sutka inzibati həbs cəzası alıblar. Onların həbsinə səbəb Yeni Gəncə qəsəbəsində yerləşən Heydər Əliyev parkına “Diktaturaya yox!”, “Rüşvətə yox”, “Xalq acdır” və s. şüarları yazmaqlarıdır.
Gəncədə gecə ilə bütün yazılar silinib, Fəallar 5 noyabr gecə polis tərəfindən saxlanılaraq Kəpəz Rayon polis idarəsinə aparılıb. Polisdə gənclərə işgəncə verildiyi bildirilib.
Qeyd edək ki, Elmir Təhmin Nida vətəndaş hərəkatının üzvüdür. Tapdıq Məmmədov isə heç bir partiya və ya təşkilat üzvü deyil.