Gənclər arasında işsizlik artıb

Bakıda insan resurslarının idarə edilməsi üzrə ikinci forum keçirilir. “PASHA Hayat Sigorta”nın təşkil etdiyi forumda əsas məruzəçi əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayevdir.
Onun sözlərinə görə, noyabrın 1-i üçün məçğulluq orqanlarına işə düzəlmək üçün 190 min nəfər müraciət edib. 53 min nəfər işlə təmin edilib, 11 min işsiz statusu alıb. Gənclər arasında işsizlər daha çoxdur – rəsmi məlumata görə, ilin əvvəli üçün gənclərin  13,5%-i işsiz olub. İqtisadi vəziyyətlə bağlı bu rəqəm artır, -deyə o bildirib.
Yanvardan 339,2 min əmək müqaviləsi bağlanılıb, 312,6 min müqavilə ləğv edilib. Tikinti sektorunda 4 min, maliyyə sektorunda 2,7 min nəfər ixtisara düşüb. –