İlham Əliyev Böyük Britaniya baş nazirinin ticarət üzrə təmsilçisini qəbul edib

Noyabrın 28-də prezident İlham Əliyev Böyük Britaniyanın baş nazirinin ticarət üzrə nümayəndəsi Baronessa Nikolsonu qəbul edib. Rəsmi məlumatda deyilir ki, prezident İlham Əliyev gələcəkdə dayanıqlı inkişafa yardım edə biləcək sahələrdə ənənəvi tərəfdaşla daha möhkəm əlaqələrin qurulması vacibdir.
Böyük Britaniya hökumətinin nümayəndəsi Baronessa Nikolson isə qarşılıqlı əməkdaşlıqdan məmnun olduğunu və bundan sonra yeni əlaqələrin qurulmasında maraqlı olduqlarını bildirib.
Contact-ın məlumatına görə, rəsmi məlumatda görüşün məzmunu açıqlanmır, ancaq çox güman ki, söhbət ikitərəfli iqtisadi əlaqələrdən gedib. Həmçinin dövlət başçısı Amerikanın CISCO şirkətinin baş vitse-prezidenti Maykl Qanseri qəbul edib.
CISCO böyük təşkilatlar və telekommunikasiya müəssisələri üçün şəbəkə avadanlığı hazırlayan və satan transmilli şirkətdir.
Güman etmək olar ki, görüş zamanı CISCO-nun Azərbaycanda konkret layihələrdə iştirakından danışlıb.