“İran bölgə təhlükəsizliyini zərbə altında qoyur”

Yəmən prezidenti Hadi İranı ‘bölgənin təhlükəsizliyini sarsıtmaq və beynəlxalq dəniz nəqliyyatını təhdid etməklə’ günahlandırıb.
Hadi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda müavini general-leytenant Əli Muhsin əl-Ahmar, baş nazir Əhməd bin Dağr və məsləhətçiləriylə bir araya gəlib.
Ölkə başçısı İranın tamahkarlığına işarə edərək, bu ölkəni “bölgənin təhlükəsizliyini sarsıtmaq və beynəlxalq dəniz nəqliyyatını təhdid etməklə” günahlandırıb.
Yəmənin ölkə tarixi baxımından kritik dövrdə olduğunu ifadə edən Hadi yeni bir döyüşün toxumlarını daşımayan sülh tərəfdarı olduqlarını vurğulayıb.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Yəmən üzrə xüsusi nümayəndəsi İsmayıl Vild eş-Şeyx Əhməd siyasi həll yolu üçün keçən həftə təqdim etdiyi sülh planında yeni prezident köməkçisinin təyin edilməsi, keçid dövrünü idarə edəcək və siyasi dialoq prosesinin yenidən başlamasına liderlik edəcək milli hökumətin qurulması, konstitusiya prosesinin tamamlanması və dərhal sonra seçkilərin keçirilməsi kimi maddələrin olduğunu açıqlamışdı.
Husilər və devrilmiş lider Əli Abdullah Salehin partiyası Ümumi Xalq Konqresi bəzi təməl əskiklərə baxmayaraq Şeyx Əhmədin təqdim etdiyi sülh planının müzakirə edilə biləcəyini elan edib. Yəmən prezidenti Hadi isə “BMT-nin 2216 saylı qərarına zidd olduğu üçün” planı qəbul etmədiklərini bildirib.
Husilər şəhərlərdən geri çəkilmədən və silahları təslim etmədən əvvəl yeni prezident köməkçisi təyin edilməsini və özlərinin də ortaq olacağı hökumətin qurulmasını istəyərkən, hökumət buna qarşı çıxır.