İraq: “Türkiyə ilə müharibəyə hazırıq”

İraq Baş naziri Heydər əl İbadi Bağdadın Ankara ilə savaşmaq istəmədiyini, ancaq buna hazır olduğunu söyləyib.
Türkiyənin İraq sərhədinə zirehli hərbi nəqliyyat vasitələri daşımasının ardından danışan İbadi, “Türkiyənin İraqa hər hansı bir hücumu, öz çöküşlərine səbəb olacaq”, – deyə bildirib. Rəsmi Bağdadın Ankara ilə döyüşmək istəmədiyini ifadə edən İbadi, ancaq buna hazır olduqlarını da sözlərinə əlavə edib.
Xarici ölkələrin İraqın daxili işlərinə qarışmalarına icazə verməyəcəklərini dilə gətirən İbadi, “İraqa hücum edən bütün tərəflərə, hər cür qarşılığı verəcəyik”, – deyə çıxışını yekunlaşdırıb.