James Warlick həmsədrlikdən gedir

James Warlick ABŞ-ın ATƏT-in Minsk qrupundakı həmsədri vəzifəsindən gedir.

“Abzas” xəbər verir ki, diplomat bu barədə özünün “Twitter” hesabında  yazıb.

O, həmsədr kimi səlahiyyət müddətinin bu il dekabrın 31-də başa çatacağını bildirib.

“30 il Dövlət Departamentində xidmət etmək mənim üçün böyük şərəfdir” – deyə J.Warlick qeyd edib.

Həmsədrin yazdığına görə, o, fəaliyyətini Rusiyanın “Yeqorov, Puqinski, Afanasyev və tərəfdarları” adlı tanınmış hüquq firmasında davam etdirəcək.