Castro’nun ölümünü bayram etdilər – [FOTOLAR]

Kuba inqilabının lideri, keçmiş dövlət başçısı Fidel Castro’nun ölüm xəbəri heç də hamını təəssüfləndirməyib.
ABŞ-ın Mayami şəhərində yaşayan Kuba diasporu onun ölümü sevinclə qarşılayıb. 1958-ci ildə Castro başçılığında kommunistlərin hakimiyyətə gəlməsi ilə ölkəni tərk edən kubalıların Mayamidə formalaşdırdığı diaspora bütün gecəni bayram edib.
Xatırladaq ki, Mayami şəhərinin əhalisinin 70%-i Castro hakimiyyətindən qaçan kubalılardan və onların ailəsindən ibarətdir.