Kommersiya banklarının müştəriləri getdikcə azalır

Oktyabrın 1-ə olan vəziyyətə görə, yerli bankların (əhalinin əmanətləri nəzərə alınmadan) 246 min 109 hüquqi şəxs və fərdi sahibkar (ilin əvvəlindən 13,3% yaxud 7 min 591 az fərdi sahibkar və 36 min 859 hüquqi şəxs, ilin əvvəlində 290 min 559 sahibkar hesabı) müştəriləri olub. 
Mərkəzi Bankın hesabatında deyilir ki, yerli iş adamlarının hesablarının ən böyük axını yanvar və iyul aylarında olub, xüsusilə bu, hüquqi şəxslərə aiddir.
Dünya İqtisadi Forumunun hesabatına görə, Azərbaycan biznesə başlamağın asan olmasına görə hakim mövqedədi – “bir pəncərə” çərçivəsində 2-3 günə qeydiyyatdan keçmək olar, ancaq ciddi struktur üçün bu sahibkarların gələcək taleyini izləmək vacibdir.
AMB-nın hesabatından göründüyü kimi, kommersiya banklarının müştəriləri getdikcə azalır və buna səbəb vergi qoyma bazasının sərtləşdirilməsidir.