Lerikdə yol tikintisinə 6,6 milyon manat ayrılıb

Lerik rayonunun Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisi üçün prezident İlham Əliyev sərəmcam imzalayıb. Bu barədə prezidentin rəsmi saytı xəbər yayıb.
Otuz min nəfər əhalinin yaşadığı 50 yaşayış məntəqəsini birləşdirən Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 6,6 milyon (altı milyon altı yüz min) manat ayrılması üçün sərəmcam imzalanıb.
Sənədə əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini həyata keçirmək tapşırılıb.