Medvedev: “Saakaşvili yenə şalvarına batırdı”

Rusiya baş naziri Dmitriy Medvedev sabiq Gürcüstan prezidenti Mixail Saakaşvilinin Ukraynanın Odessa bölgəsindəki qubernatorluq vəzifəsindən istefa etməsini ‘tam bir müvəffəqiyyətsizlik’ olaraq qiymətləndirib.
İsrail və Fələstinə reallaşdırdığı ziyarətin nəticələri barədə mətbuat konfransı təşkil edən Medvedev Saakaşvilinin Odessa qubernatorluğu vəzifəsindən ayrılmasına da toxunub.
Medvedev Saakaşvili üçün bu sözləri deyib: “Bu sərnişin deyim yerindədirsə yenə şalvarına batırdı. Əlbəttə bu, Odessa bölgəsinin belə təcrübəli bir insanın rəhbərliyində inkişafını gözləyən Ukrayna üçün talehsiz vəziyyət oldu. Çünki nəticə qənaətbəxş olmadı.”
Medvedev, “Saakaşvilinin Gürcüstandakı karyerası bitdi, görünən odur ki, Ukraynada da eynisi olur”, – deyə əlavə edib.
Qeyd edək ki, Saakaşvili Ukraynalı idarəçilərin korrupsiya ilə mübarizədəi istəksizliyini səbəb göstərib, Odessa qubernatorluğui vəzifəsindən istefa etmişdi. Saakaşvili Ukrayna Dövlət Başçısı Pyotr Poroşenkonu da bölgədəki cinayət təşkilatlarını qorumaqla günahlandırmışdı.