Michelle Obamanı “meymun” adlandıran mer istefa verib

ABŞ prezidenti Barack Obamanın həyat yoldaşı Michelle Obamanı “dikdaban ayaqqabı geymiş meymuna” bənzədən iki rəhbər şəxsdən biri vəzifədən kənarlaşdırılarkən, digəri isə istefa vermək məcburiyyətində qalıb.
ABŞ-ın ilk qara “first lady”sini meymuna bənzədən Clay qəsəbəsində yerli qeyri-kommersiya qrupunun rəhbəri Pamela Taylor və Clay qəsəbəsinin meri Beverly Whalingin vəzifədən alınması üçün başladılan imza kampaniyasına 170 mindən çox insan qatılıb. Minlərlə insan isə sosial şəbəkə hesablarından Taylor və Whalingi irqçiliklə günahlandırıb.
Verilən sərt eaksiyalardan sonra bələdiyyə başçısı Whaling istefasını təqdim edib, Taylor isə vəzifədən kənarlaşdırılıb.
Sözügedən paylaşım
Sözügedən paylaşım
Taylor Respublikaçı Partiyanın namizədi Donald Trumpın 8 noyabrda seçkiləri qazanmasının ardından sosial şəbəkədə paylaşdığıyazıda, “Ağ Evdə qəşəng, gözəl və zərif bir first lady görmək, çox xoş olacaq. Dikdaban ayaqqabı geymiş meymun görməkdən bezmişdim”, ifadələrindən istifadə etmişdi. Clay bələdiyyə başçısı Whaling isə paylaşıma “Günümü gözəlləşdirdi, Pam”, – deyə yazmışdı.
Taylor və Whaling gələn reaksiyalardan sonra, yazdıqlarını silsələr də, onların paylaşımları sosial mediada minlərlə insan tərəfindən görülüb. Whaling, “Washington Post” qəzetinə verdiyi açıqlamada, şərhinin irqçi olmadığını irəli sürüb və “Mən, Ağ Evdəki dəyişiklik üçün duyduğum xoşbəxtliyi dilə gətirmişdim. Yazdıqlarım, birini incidibsə çox üzr istəyirəm. Məni tanıyanlar, irqçiliklə heç bir əlaqəmin olmadığını bilir”, – deyə söyləyib.