Neft-qaz ölkəsinin qazsız qalan vətəndaşları – Reportaj [Foto-video]

Kərimovlar ailəsi bir neçə ildi mavi qaz yoxluğundan ciddi əziyyət çəkir. Onlar kiçik bir otağı qızdırıb, sərt soyuqdan qoruna bilmirlər. 4 nəfərdən ibarət ailə başqa sosial problemlərdən də gileylənir. Lakin evlərinə qaz çəkiləcəyi təqdirdə, heç olmasa müəyyən qədər rahatlıq tapa biləcəklərini deyirlər.
Onlar Bakı şəhəri, Sabunçu rayonu, Qanbay Vəzirov küçəsində yaşayır. Ailə başçısı Tahir Kərimov deyir ki, hələ qış deyil, amma indidən artıq ciddi çətinliklə üz-üzədirlər. Evlərini hazırda odunla qızdırdıqlarını, lakın şəhərdə odun tapmağın da çətin olduğunu bildirir. O, dözə bilmədiklərini, evlərində iki xəstənin – oğlunun skolioz, özünun isə ürək xəstəsi olduğunu vurğulayır

qazsızlıq

Bakı sakini şikayət edir ki, 21-ci əsrdə ölkənin paytaxtında belə vəziyyət olmamalıdır: “21-ci əsrdi, belə şey olmaz axı. Ermənilərə verməyə qaz tapırlar, amma öz vətəndaşlarına qaz vermirlər. Heç olmasa qazımız olsa, bir təhər başımızı hərləyərik”.
Ailə 3 metr eni, 3 metr uzunu olan otağı qızdırmaqda əziyyət çəkdiklərini bildirir. Mətbəxə olan qapını bağlayıb, gündəlik məişət işlərini də kiçik otaqda görürlər ki, soyuqdan donmasınlar. Amma yenə də ev soyuq olur, odun çatdırmırlar. Bildirirlər ki, həmin ərazi rütubətlidir, qaz da olmayan heç cür evdə normal temperatur yaratmaq mümkün olmur.

qazsız vətəndaş

“Asan xidmətdən nömrələri veriblər, dəfələrlə zəng vurmuşuq, gəlib çəkmirlər. Qalmışıq belə. Çətinliklər küçələrdən 5-10 dənə taxta-odun toplayıb gətirirəm. O da tez yanıb qurtarır. İşıq da ki, pul çatdırmaq olmur. Ona görə qalmışıq belə pis vəziyyətdə”, – deyə Tahir Kərimov vurğuluyur.
Ailə başçısı dövlət qurumlarına sual edəndə ki, niyə məhz onların evinə qaz verilmir, Azeriqaz-ın işçiləri bildiriblər ki, həmin yer neft ərazisi olduğuna görə ora qaz verilə bilməz. Amma ailə deyir ki, evlərinin qarşısından qaz xətti keçir və həmin ərazidə əksər evlər qazla təmin olunub.

qazsız vətəndaş

Tahir Kərimov ailənin sosial vəziyyətindən də danışıb. O, xəstə olduğunu və heç bir yerdə işləmədiyini bildirir:
“Oğlum skolioz xəstəsi ola-ola fəhələlik edir, evi dolandırır. Mənim də vəziyyətim yaxşı deyil, evdən çıxan kimi ürəyim tutur, halım pisləşir, dərman atıb yıxıram özümü evə. Yəni xəstə olduğuma baxmayaraq, məcbur ordan-burdan odun tapıb gətirirəm ki, evi az da olsa qızdıra bilək”.

20161126_151514

Ailə gileylənir ki, qarşıdan da qış gəlir: “Biz gedib hardan sığınacaq istəyək? Hansı ölkədən sığınacaq istəyək? Biz də Azərbaycan vətəndaşıyıq, vətəndaş kimi bizi çətin vəziyyətdə qoymasınlar. Xahiş edirik, bizə qaz çəksinlər. Çox çətindir”.
Qeyri-iş günü olduğuna görə Azəriqaz-dan münasibət almaq mümkün olmadı.
Mövzunu davam etdirəcəyik.

20161126_153416 15252530_1175174242519491_1328533791186655935_o qazsız vətəndaş 20161126_151448 20161126_151209 20161126_145045 20161126_150059