Obama Clinton üçün səs istəyib: Ölkənin taleyi təhlükə altındadır

ABŞ prezidenti Barack Obama prezident seçkiləri öncəsində Şimali Carolina ştatında demokratların namizədi Hillary Clinton üçün səs istəyib.
Chapel Hill şəhərində Demokrat Partiyanın seçki mitinqinə qatılan Obama, “Əgər bu seçimi qazana bilməzsək, xüsusilə də Şimali Carolinada son səkkiz ildə qeyd etdiyimiz tərəqqi, gələcək səkkiz ildə bacarmağı ümid etdiyimiz inkişaf da yox olacaq”, deyə bildirib.
“Ölkənin taleyinin təhlükə altında” olduğunu ifadə edən Obama əyalətdəki seçicilərin 8 noyabrda edəcəkləri seçimin bu nöqtədə əhəmiyyətli olacağını dilə gətirib: “Əgər Hillary Şimali Carolinada qazansa, prezident ola bilər. Bu səbəblə xalqın gələcəyi sizə bağlıdır, bu mövzuda zarafat etmirəm”.
Obama çıxışında Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trumpla bağlı da fikirlərini səsləndirib. Trumpın prezident seçilməsi halında da davranışlarını dəyişdirməyəcəyini söyləyən Obama, “Trumpın davranışlarının normal olacağını düşünməməliyik”, – deyə qeyd edib.