“Obama Fələstini tanımadan vəzifədən getməsin”

ABŞ-ın sabiq prezidenti Jimmy Carter, 20 yanvarda prezidentlik müddəti başa çatan Barack Obamaya Fələstin mövzusu ilə bağlı çağırış edib.
Carter, Obamanın vəzifə müddəti sona çatmadan ABŞ-ın Fələstini tanımasının lazım olduğunu söyləyib.
Sabiq prezident İsrail-Fələstin münaqişəsinin gələcəyinin Obama dövrü sona çatmadan həll ola biləcəyinə inandığını, ancaq söz mövzusu problemin həll edilməsi üçün vaxtın çox məhdud olduğunu deyib.
Barack Obamaya 20 yanvarda vəzifəsindən ayrılmadan əvvəl Fələstini tanıması çağırışını edən Carter, veriləcək müsbət cavabın İsrail-Fələstin münaqişəsi üçün böyük əhəmiyyət daşıdığını ifadə edib.
The New York Times qəzetinin xəbərinə görə, Carter sözlərini bu cür yekunlaşdırıb: “ABŞ-ın Fələstin dövlətini tanıması, Fələstini tanımayan digər ölkələrin bunu etməsini asanlaşdıracaq və Təhlükəsizlik Şurasının bu mövzuda qərar verməsinə şərait yaradacaq”.