Obama hakimiyyətin Trumpa ötürülməsinə göstəriş verib

ABŞ prezidenti Barack Obama deyib ki, yeni seçilmiş prezident Donald Trumpın amerikalıları birləşdirmək fikri onu həvəsləndirir.

Obama deyib: “biz əvvəlcə amerikalıyıq. Biz əvvəlcə vətənpərvərik. Biz hamımız vətənimiz üçün ən yaxşı olanı istəyirik”

Obama deyib ki, o, Trumpın ötən gecə seçki nəticələri bilinəndə etdiyi çıxışda bunları eşidib. O bildirib ki, Trumpla birbaşa danışanda da bunları duyub.

Obamanın sözlərinə görə, duyduğu onun ürəyincə olub. Obama öz komandasına göstəriş verib ki, hakimiyyətin növbəti prezidentə rəvan ötürülməsinin uğurunu təmin etsinlər.