Obamanın Trumpı dəstəkləyən qardaşı: “Kim üçün dua etdimsə qazandı”

Seçkilərdən əvvəl Respublikaçıları dəstəkləyəcəyini bildirən Barack Obamanın ögey qardaşı qələbə qazanmasının ardından Trumpı təbrik edib.
Malik Obama seçkilərdə kimin üçün dua etdisə, onun qazandığını söyləyib.
Keniya əsilli ABŞ vətəndaşı olan və Virciniyada yaşayan Malik Obama Respublikaçıların namizədi Donald Trumpun seçki gecəsi açar ştatlar olan Florida və Şimali Carolinada qələbə qazanmasının ardından sosial şəbəkədə təbrik mesajları paylaşıb.
Trumpı ‘Ağ Malcolm X’ olaraq adlandıran Obama, “Allaha, uca Tanrıya təşəkkür edirəm. Barack Obama üçün dua etdim, o qazandı, Trump üçün dua etdim və qazandı”, – deyə qeyd edib.