“Oxford” 2016-cı ilin sözünü açıqladı – “post-truth” nədir?

Dünyanın nüfuzlu nəşrlərindən olan Britaniyanın Oxford Universitetinin “Oxford” lüğətləri hər il olduğu kimi 2016-cı ilin də əsas sözünü elan edib.
“The Guardian” qəzetində yer alan xəbərə görə, obyektiv faktların deyil, ictimai rəyin insanların emosiya və şəxsi qənaətini formalaşdırdığı vəziyyətə deyilən “həqiqət sonrası” (post-truth) sözünün istifadəsi keçən illə müqayisədə 2 min dəfə artış göstərib.
Britaniyanın Avropa İttifaqından çıxma prosesi zamanı və ABŞ-da prezident seçkilərində respublikaçıların namizədi Donald Trump prezident seçildikdən sonra bu sözün istifadəsinin artdığı bildirilir.
Oxford lüğətinə görə “həqiqət sonrası” sözü ilk dəfə 1992-ci ildə serb əsilli amerikalı yazar Steve Tesich tərəfindən “Nation” jurnalında istifadə edilib. Bu sözü Körfəz müharibəsini ifadə etmək üçün istifadə edən Tesich “azad insanlar olaraq biz, həqiqət sonrası dünyada yaşamaq istədiyimizə azad bir şəkildə qərar verdik”, – deyə yazıb.