“Qarabağ” Avropada yüzlüyə düşən ilk Azərbaycan klubu oldu

Azərbaycanın “Qarabağ” klubu noyabrın 4-də Avropa Liqası qrup mərhələsinin IV turunda səfərdə PAOK-u 1:0 hesabı ilə məğlub etdikdən sonra reytinqdə 13 pillə irəliləyib.
Klubun “Facebook” səhifəsində yerləşdirilən məlumatda qeyd edilib ki, qələbədən sonra komanda 99-cu yerə yüksəlib. Beləliklə ilk Avropa məkanında ilk “yüzlüyə” düşən ilk Azərbaycan klubu olub.
Bundan başqa UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turu üçün rəmzi komandanı elan edib. Ən yaxşı 11-liyə “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov da düşüb.