Qazaxıstan paytaxtına Nazarbayevin adının verilməsi təklif edilib

Qazaxıstanın paytaxtı Astananın adının dəyişdirilməsi və şəhərə ölkə prezidenti Nursultan Nazarbayevin adının verilməsi təkilf edilib.
Ölkə parlamentinin bir qrup deputat bununla bağlı qanun layihəsi hazırlayıb.
Qazaxıstanın müstəqilliyinin 25-ci ildönümü münasibəti ilə hazırlanan layihədə Astananın adının dəyişdirilməsi təklifi də əks olunub.
“Ölkə konstitusiyasında dövlətimizin birinci prezidenti, millətin lideri Nursultan Abişeviç Nazarbayevin əməyinin qeyd olunmasını, adının paytaxtın adında və ölkəmizdəki başqa obyektlərdə öz əksinin tapmasını təklif edirik”, – deyə Qazaxıstan parlamentinin Aşağı Palatasının deputatı Kuanış Sultanov vurğulayıb.
Qeyd edək ki, dekabrıln 16-da Qazaxıstanın müstəqilliyinin 25-ci ildönümüdür.