Rəşad Sadıqov: “Oynamağa hazıram, lakin həkimlər icazə vermir”

2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Şimali İrlandiya ilə qarşılaşacaq Azərbaycan millisi oyuna ciddi itki ilə çıxacaq.
“Report”un məlumatına görə, millinin baş məşqçisi Robert Prosineçki jurnalistlərə açıqlamasında bildirib ki, yığmanın kapitanı Rəşad Sadıqov zədə səbəbindən səfər görüşündə oynamayacaq.
Rəşad Sadıqov isə deyib ki, bu gün səhər məşqində komanda yoldaşı Rəhman Hacıyevlə toqquşub və ayağı burxulub: “İynə ilə də olsa, oynamağa hazıram, lakin həkimlər icazə vermir”.
Qeyd edək ki, Şimali İrlandiya – Azərbaycan oyunu noyabrın 11-də keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
MƏNBƏReport
Əvvəlki məqaləXəzərdə neftçi itkin düşüb
Növbəti məqalədə“Bağlanmış banklara məxsus daşınmaz əmlaklar icarəyə verilə bilər”