Rafiq Tağı məzarı başında yad edilib- [Fotolar]

Yazıçı-publisist Rafiq Tağı ölümünün 5-ci ildönümündə məzarı başında yad edilib. 
Noyabrın 23-ü Nida Vətəndaş Hərəkatının təşəbbüsü ilə ölümünün il dönümündə Rafiq Tağının məzarı başında anım mərasimi keçirilmişdir. Mərasimdə yazıçının ailə üzvləri, yaxınları, həmkarları, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Xatırladaq ki, tanınmış yazıçı Rafiq Tağı 2011-ci il noyabrın 19-da naməlum şəxslər tərəfindən bıçaqlanmışdır. Bir neçə bıçaq zərbəsi alan Rafiq Tağının əməliyyatdan sonra vəziyyəti yaxşılaşmış və xəstəxanada jurnalistlərin suallarını cavablandırmış, hücumun oğurluq motivli olduğuna inanmadığını, yazdığı məqalə ilə bağlı ola biləcəyini bildirmişdi. Noyabrın 23-də isə 61 yaşında xəstəxanada vəfat etmişdir. Onun qatilləri bu günə qədər tapılmayıb.
Rafiq Tağı çoxlu sayda kitab, şeir, hekayə, esse, məqalə, oçerk və portret yazıları müəllifidir.
20161123_143048 20161123_142946 20161123_143104
ann ann1 ann2 ann3 ann4 ann5 ann6 annismi