Rasmussen: ABŞ “beynəlxalq polis” olsun

NATO-nun sabiq baş katibi Anders Fogh Rasmussen ABŞ-ın qlobal qarşıdurmaların həllində aktiv olaraq iştirak etməsi lazım olduğundan əmin olduğunu söyləyib.
“Sky News” televiziyasına müsahibə verən Rasmussen ABŞ-a “beynəlxalq polis” rolunda ehtiyac olduğunu ifadə edib.
Qlobal problemlər olaraq Suriya, İraq, Liviya və Ukraynanın şərqində yaşanan proseslərə işarə edən Rasmussen ABŞ-a bu məsələlərin həllində liderlik rolu verilməsi lazım olduğunu vurğulayıb.