Sivil Toplum Platforması ABŞ səfiri ilə görüşüb

Noyabrın 1-də Sivil Toplum Platformasının (STP) nümayəndələri Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşüb.
STP-nin məlumatına görə, görüşdə təşkilatın yaranma zərurəti, məqsədləri və qarşıya qoyulan fəaliyyət istiqamətləri barədə məlumat verilib.
Bundan başqa ölkədə siyasi azadlıqların, sosial-iqtisadi vəziyyətin, Qarabağ münaqişəsi və beynəlxalq qurumlarla Azərbaycanın münasibətləri barədə müzakirə aparıldığı bildirilir.
Sivil Toplum Platformasını müstəqil vətəndaş cəmiyyəti institutlarının nümayəndələri demokratik islahatların təşviqi məqsədi ilə yaradıblar. Qurumda QHT rəhbərləri, hüquqşünaslar, jurnalistlər və iqtisadçılar təmsil olunur.