Trumpdan “Mənim prezidentim deyil” deyən nümayişçilərə ilk cavab

ABŞ prezident seçkilərində qalib gələn Donald Trumpa minlərlə vətəndaş etiraz etməyə davam edir.
Sosial şəbəkələrdə ilk dəfə nümayişlərlə bağlı açıqlama verən Trump medianın aksiya iştirakçılarını küçələrə çıxarmaq üçün əlindən gələni etdiyini bildirərək, ‘Heç ədalətli deyil’ deyib.
Etirazlara bağlı ilk dəfə açıqlama verən Trump sosial şəbəkələrdə, “Açıq və müvəffəqiyyətli prezident seçkiləri geridə qaldı. İndi media tərəfindən ayağa qaldırılan professional nümayişçilər etiraz edir. Heç ədalətli deyil”, məlumatını paylaşıb.
Trump əleyhdarı nümayişlərin 2-ci günündə isə minlərlə insan ölkə daxilində küçələrə çıxıb. New York başda olmaq üzrə Washington, Baltimore, Philadelphia, Los Angeles, San Francisco, Portland və Oaklandda Trump əleyhdarı etirazlar edilib.
Polis, ‘Mənim prezidentim deyil’ yazan plakatlar daşıyan nümayişçilərin toplandığı New Yorkdakı Trump Tower ilə Trumpın Ağ Evin bir neçə küçə yaxınlığında açdığı otelinin ətrafında təhlükəsizlik tədbirlərini artırıb. Los Angeles və Minneapolis şəhərlərində nümayişçilər yolları nəqliyyata qapadarkən, Oregon əyalətinin Portland şəhərində polis aktivistlərə bibər qazı ilə müdaxilə edib. Portlandda kiçik bir qrup dükanların vitrinlərinə və avtomobillərə zərər verib, zibil qutularını yandırıb. Bir çox şəhərdə həbslər olub.