Türkiyə və ABŞ Silahlı Qüvvələri Baş Qərargah rəislərinin görüşü barədə açıqlama verilib

ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Joseph Dunford PKK-nın Rakka əməliyyatını başlatdığını açıqladığı bu gün Ankaraya sürpriz ziyarət reallaşdırıb.
Dunford səfəri çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar ilə təxminən 4 saat yarım davam edən görüş keçirib.
Türkiyə Silahlı Qüvvələri görüş başa çatdıqdan sonra yazılı açıqlama yayımlayıb.
Açıqlamada iki ölkə arasında Suriya və İraq başda olmaq üzrə edilən əməkdaşlıq vurğusu diqqət çəkib:
“Regional təhlükəsizlik məsələləri ilə İraq və Suriyada meydana gələn son hadisələr müzakirə edildi. Suriya və İraqın ərazi bütövlüyünün qorunmasının və terrorizmlə mübarizənin birgə icrasının nə dərəcədə əhəmiyyətli olduğu bir daha iki ölkə tərəfindən ifadə edildi”.
Yayımlanan açıqlamada Türkiyənin PYD / PKK-nın Suriyadan çıxarılması üçün çalışdığı bildirilərkən, tərəflərin İraq və Suriya mövzularında məlumat mübadiləsi apardığı qeyd edilib.
Əlavə olaraq məlumat verilib ki, tərəflər arasında FETÖ məsələsi danışılıb və ABŞ rəsmisinə Türkiyənin mövzu haqqındakı narahatlığı dilə gətirilib:
“FETÖ terror təşkilatının ABŞ-da davam edən fəaliyyəti haqqındakı narahatlığımız təkrar dilə gətirilmişdir”.