Türkiyədə Facebook və Twitter-ə giriş əngəllənib

Türkiyədə sosial şəbəkələrdən Facebook və Twitter-ə giriş yerli saatla 01:20-dən etibarən əngəllənib. Bu barədə Türkiyə mediası məlumat yayıb.
Polis tərəfindən saxlanılan Xalqların Demokratik Partiyasının həmsədri Selahattin Demirtaş-ın Twitter-də onun evinə polislərin gəlməyi ilə bağlı paylaşım edəndən sonra Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırılıb.
Qeyd edək ki, türkiyəli siyasətçi Selahattin Demirtaş Twitter hesabından 01:20-da yaydığı məlumatda Diyarbəkirdəki evinə polislərin gəldiyini və “məcburi saxlanma qərarının” olduğunu yazıb.