Vergilər Nazirliyi 220 şirkəti məhkəməyə verib

Vergilər Nazirliyindən verilən açıqlamada bildirir ki, məhkəməyə verilən şirkətlər 2016-cı ilin yanvar-oktyabr ayları üzrə vergi borclarını dövlət büdcəsinə ödəməkdən yayınıblar.
Nazirlik şirkətlər, eləcə də 13 fiziki şəxs barəsində cinayət işlərinin açıldığı barədə məlumat yayıb.
Onların borcları 20 min manatdan çox olduğundan barələrində cinayət işi açılıb. Həmin vergi ödəyicilərinin sırasında tikinti şirkətləri və kəndli-fermer təsərrüfatları üstünlük təşkil edir.
Nazirlik məhkəməyə verilən vergi ödəyicilərinin tam siyahısını yayıb.
Həmin şirkətlər, hələlik, ittiham olunduqları məsələ ilə bağlı ictimaiyyətə açıqlama yaymayıblar.