Xətai məhkəməsində “heykəl məhbusları”nın şikayətinə baxılıb

Xətai Rayon Məhkəməsində Qiyas İbrahimov və Bayram Məmmədovun polis tərəfindən saxlanan zaman müdafiə hüquqlarının pozulması ilə bağlı şikayətlərinə baxılıb. 
Bu barədə Abzas.net-ə siyasi məhbusların vəkili Elçin Sadıqov məlumat verib. Vəkil deyib ki, saxlanma protokollarından da görünür ki, onların tutulan zaman müdafiəçiləri olmayıb və protokola bununla bağlı imzalar atılmayıb:
Foto: Abzas.net
Foto: Abzas.net
“Şikayələrə ayrı-ayrı hakimlər tərəfindən baxılırdı. Əvvəl mən müdafiə etdiyim şəxslərin məhkəməyə gətirilmələri ilə bağlı vəsatət qaldırdım. Hakimlər vəsatətləri təmin etmədi. Daha sonra məhkəmə müşavirəyə getdi və sonra məhkəmələr şikayətlərin təmin olunmadığını bildirdilər”.
Elçin Sadıqov bildirib ki, bu qərarla razı deyillər və qərardan şikayət verəcəklər. Həmçinin, vəkil qeyd edib ki, bu şikayətləri də Bayram Məmmədovun və Qiyas Bayramovun Avropa Məhkəməsinə göndərilən işlərinə əlavə edəcəklər.