Əflatun Amaşov hökumətdən saytlara 1 milyon manat istədi

Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bu gün parlametdəki büdcə müzakirələri zamanı elektorn KİV-lərə – aparıcı saytlara da dövlət büdcəsindən vəsait ayrılmasını təklif edib.

Əflatun Amaşov deyib ki, büdcə layihəsində bəzi sahələr üzrə xərclər azaldılsa da, bu, media sektoruna şamil olunmasın.

Deputat KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu üçün gələn ilin büdcə layihəsində nəzərdə tutulan 4 milyon matanın 5 milyona çatdırılmasını təklif edib.

Mətbuat Şurasının sədri qeyd edib ki, həmin 1 milyon manat hesabına hazırda normal fəaliyyət göstərən 30-dək ciddi xəbər saytına dövlət dəstəyi göstərmək olar.