Əfsanəvi müğənni George Michael vəfat edib

Əfsanəvi Britaniyalı müğənni George Michael 53 yaşında vəfat edib.
George Michael’ın ölüm xəbərini ictimaiyyətə meneceri Michael Lippman açıqlayıb.
Lippman, Michael’ın bazar günü Oxfordshire’dakı evində ürək tutmasından həyatını itirdiyini bildirib.
Polis, George Michael’ın ölümündə şübhəli hərhansı bir vəziyyətin olmadığını açıqlayıb.
Əsil adı Georgios Kyriacos Panayiotou olan George Michael, 1981-ci ildə məktəb yoldaşı Andrew Ridgeley ilə birlikdə qurduğu “Wham!” qrupuyla şöhrət qazanmışdı.
“Wake Me Up Before You Go-Go”, “Freedom”, “Careless Whisper”, “I’m Your Man” ve “The Edge of Heaven” kimi unudulmaz mahnılara imza atan Wham!,  1986-cı ildə dağılmışdı.
Qeyd edək ki, ikiqat “Qremmi” mükafatı laureatı George Michael’in albomlarının ümumi satış tirajı 100 milyon nüsxəyə yaxındır.