Əmanətçilərə verilən kompensasiya azalıb

Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanı çox cüzi artırıb.
Fondun məlumatına görə, dekabrın 16-dək Fond tərəfindən 10 bank üzrə 718,002 mln. manat kompensasiya ödənilib.
Fins.az yazır ki, halbuki, 12 dekabr tarixinə bu rəqəm 717,726 mln. manat təşkil edirdi. Belə çıxır ki, 4 gün ərzinə kompensasiya yalnız 724 min manat artıb.
Ən çox kompensasiya ödənən “Bank Standard” müştəriləridir. Onun əmanətçilərinə 430 mln. 534 min manat kompensasiya verilib. 12 dekabrda isə 430,277 mln. manat. Ümumi kompensasiya öhdəliyinin 97 faizi əmanətçilərə ödənilib.
İkinci yeri “Texnikabank” ASC tutur. Onun qorunan əmanətçilərinə 120 mln. 50 min manatdan artıq verilib, 12 dekabr üçün isə bu məbləğ 120,116 mln. manat təşkil edirdi. Burada da ümumi kompensasiya öhdəliyinin 98 faizi həyata keçirilib.
Bundan əlavə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 42 mln. 907 min manat (ümumi kompensasiya öhdəliyinin 98 faizi), “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 52 mln. 383 min manat (ümumi kompensasiya öhdəliyinin 72 faizi), “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 mln. 770 min manat (ümumi kompensasiya öhdəliyinin 98 faizi), “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 mln. 21 min manatdan (ümumi kompensasiya öhdəliyinin 96 faizi), “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 mln. 269 min manat (ümumi kompensasiya öhdəliyinin 97 faizdən artıq), “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 mln. 944 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 92 faizi), “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 mln. 148 min manat (ümumi kompensasiya öhdəliyinin 97 faizi), “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 976 min manat (ümumi kompensasiya öhdəliyinin 94 faizi) kompensasiya ödənilib.