Azərbaycan OPEC-in Vyana görüşündə iştirak edəcək

Azərbaycanın energetika naziri Natiq Əliyev Vyanada (Avstriya) keçiriləcək Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və digər neft hasil edən ölkələrin konfransına dəvət alıb. 
Görüş zamanı rəsmilər hasilatın azaldılması ilə bağlı məsələləri müzakirə edəcəklər.
Nazirlikdən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, N.Əliyev tədbirdə iştirak edəcək.
Xatırladaq ki, daha əvvəl görüşün Moskvada (Rusiya) baş tutacağı bildirilsə də, sonradan planlar dəyişib. Daha əvvəl isə görüşün dekabrın 9-da Dohada (Qətər) keçiriləcəyi ilə bağlı xəbər yayılıb.