2 şirkət İpoteka Fondunun sığortaçısı seçilib

“Atəşgah” və “Atəşgah Həyat”  sığorta şirkətləri  Azərbaycan İpoteka Fondunun  (AİF) müvəkkil sığorta şirkətləri siyahısına daxil edilib.

Bu barədə fins.az-a sığorta şirkətlərindən bildirilib.  Məlumata görə, bu, Azərbaycan  Prezidentinin 22 iyun 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İpoteka Fondu” ASC –nin vəsaiti hesabında ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka verilməsi Qaydası”na uyğun olaraq, 1 dekabr 2016-cı il tarixində hər iki şirkətlə AİF arasında bağlanmış Əməkdaşlıq haqqında Saziş çərçivəsində mümkün olub.

Sazişə görə “Atəşgah Həyat” AİF –in vəsaiti hesabında verilən ipoteka kreditləri üzrə borcalanların ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından, “Atəşgah” isə AİF –in vəsaiti hesabında verilən ipoteka kreditləri üzrə ipoteka predmeti olan daşınmaz əmlakın sığortalanmasını həyata keçirəcək.

Əvvəlki məqaləSabahdan havanın temperaturu yüksəlir
Növbəti məqalədəAzərbaycan Gürcüstan iqtisadiyyatına 151 mln. dollar yatırıb