ABŞ Astanada keçiriləcək danışıqları dəstəkləyir

ABŞ Astanada Suriya münaqişənin nizamlanması üzrə danışıqları dəstəkləyir.
“RİA Novosti”yə istinadən verilən məlumata görə, bunu brifinqdə Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bildirib.

“Biz çoxdan demişik ki, bütün proses iştirakçıları Suriya münaqişəsinin həllinə nail olmaq üçün bir-biri ilə razılığa gəlməlidirlər” , – deyə Toner bildirib.

O həmçinin əlavə edib ki, Vaşinqton Türkiyə və Rusiya ilə bu barədə daim əlaqə saxlayır.