ABŞ-ın hərbi büdcəsi təsdiq edilib

ABŞ Senatı 618.7 milyard dollarlıq müdafiə büdcəsini qəbul edib.
Bu barədə “Reuters” agentliyi məlumat verib. Xəbərə görə, büdcənin təsdiqi ilə yanaşı Ukraynaya 350 milyon dollar hərbi yardım veriləcəyi məlum olub. Sənəddə göstərilir ki, birinci mərhələdə Ukrayna Pentaqon xətti ilə yardım proqramına uyğun olaraq 175 milyon dollar ala bilər.
Qeyd edək ki, bir neçə gün əvvəl senator John McCain-in irəli sürdüyü qanun layihəsi ABŞ Konqressinin nümayəndələr palatası tərəfindən təsdiq edilib.
Əvvəlki məqalə“Bakinternet”in problemlərinin səbəbi məlum olub
Növbəti məqalədəAvroliqada 1/16 finala vəsiqə qazanan komandaların adları məlum oldu [Nəticələr]