Aİ daxilində Ukrayna və Gürcüstanla vizasız rejimin tətbiqinə dair razılıq əldə olunub

Avropa İttifaqı ilə Avropa Parlamenti Ukrayna və Gürcüstanla vizasız rejimin tətbiq edilməsi planına dair razılaşma imzalayıb.
Hər iki qurum vizasız rejimin fövqəladə vəziyyətlərdə dayandırılması mexanizmi ilə bağlı da razılığa gəlib. Aİ Şurası vizasız rejimin məhz onun Avropa Komissiyanın təşəbbüsü və ya Aİ üzvlərindən birinin tələbi ilə dayandırılması mexanizmi ilə eyni vaxtda qüvvəyə minməsində təkid  edirdi.
Qeyd edək ki, ötən ilin sonunda Avropa Komissiyası Ukrayna və Gürcüstanın vizasız rejimlə bağlı öhdəliklərini yerinə yetirdiklərini bildirib, lakin rəsmi Brüssel müvafiq qərar qəbul etməyib.