Asiya İnkişaf Bankı Azərbaycana 500 mln. dollar kredit verir

Asiya İnkişaf Bankı (AİB) iqtisadiyyatın şaxələndirilməsi üçün Azərbaycana 500 mln. dollar kreditin ayrılmasını təsdiqləyib.
Bu kredit Azərbaycanda sosial xərclərə yönəldiləcək, yeni iş yerlərinin açılması və neftin ucuzlaşmasının mənfi təsirlərinin yumşaldılması üçün iqtisadiyyatın diversifikasiyasına xərclənəcək.
“AİB-in dəstəyi hazırda Azərbaycan iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edir və uzunmüddətli davamlı inkişaf və hərtərəfli artıma yardımı təmin edəcək”, – deyə AİB-in Mərkəzi və Qərbi Asiya üzrə baş direktoru Şon O Sallivan bildirib.
Onun sözlərinə görə, kredit Azərbaycan iqtisadiyyatının dövlət sektorunda effektivliyi, eləcə də biznesin asanlaşdırılması və rəqabət mühitini xeyli yaxşılaşdıracaq.