Avropa Birliyi və NATO birgə Müqavimət Mərkəzi yaradır

Avropa Birliyi (AB) və NATO hibrid təhlükəsinə qarşı Müqavimət Mərkəzi yaradır.
Bu barədə razılıq bu gün Brüsseldə NATO-ya üzv ölkələrinin xarici işlər nazirlərinin, həmçinin AB-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerininin iştirakı ilə əldə olunub.
Tərəflər 40 müddəalıq fəaliyyət planı hazırlayıblar. Sənəd hibrid hücumlarına və kibercinayətlərə qarşı mübarizəni, eləcə də sahil mühafizəsi sahəsində birgə əməkdaşlığı nəzərdə tutur.
“Avropa Birliyi və NATO daha sıx əməkdaşlığa başladığını elan edir. Biz daha effektiv ola bilərik”, – deyə NATO baş katibi Yens Stoltenberq bildirib.